Rusiya və Çin liderləri bir araya gəlirlər: Gündəmdə nələr var?

15-12-2021, 07:06           
Rusiya və Çin liderləri bir araya gəlirlər:
Peskov qeyd edib ki, yüksək texnologiyalar, birgə investisiya və ticarət sahəsində əməkdaşlıq da daxil olmaqla, danışıqlarda ikitərəfli münasibətlər xüsusi yer tutacaq.
Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cin Pin beynəlxalq gündəliyi, həmçinin energetika sahəsini müzakirə edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Beynəlxalq işlərdə vəziyyət, xüsusi ilə Avropa qitəsində vəziyyət olduqca və olduqca gərgindir və təbii ki, tərəfdaşlar, Moskva və Pekin arasında müzakirə tələb edir. Biz həm NATO tərəfindən, həm də ABŞ tərəfindən aqressiv ritorikanı görürük", - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib ki, ənənəvi olaraq regional problemlərə dair fikir mübadiləsi aparılacaq.
Peskov qeyd edib ki, yüksək texnologiyalar, birgə investisiya və ticarət sahəsində əməkdaşlıq da daxil olmaqla, danışıqlarda ikitərəfli münasibətlər xüsusi yer tutacaq.
Qeyd edək ki, Rusiya və Çin liderlərinin danışıqları videokonfrans formatında baş tutacaq.
sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru