Kanada yerlilərə 31 milyard təzminat ödəyəcək

15-12-2021, 10:53           
Kanada yerlilərə 31 milyard təzminat ödəyəcək
Kanada ayrı-seçkiliyə məruz qalmış yerli uşaqlara və ailələrə 40 milyard Kanada dolları (təxminən 31 milyard ABŞ dolları) təzminat ödəyəcək.

Modern.az xəbər verir ki, bu barədə BBC kanalı məlumat yayıb.

1874-cü ildən 1996-cı ilə qədər ölkədəki təhsil sistemində yerli uşaqlar ailələrindən ayrılaraq internat məktəblərinə göndərilməyə, ana dilində danışmamağa, xristianlığı qəbul etməyə məcbur edilirdi.

Sentyabr ayında Kanadanın ali məhkəməsi 2016-cı ildə hökumətin yerli kanadalılar üçün xidmətləri yerli olmayan uşaqlardan daha az maliyyələşdirdiyinə dair qərarı təsdiqləyib.

Kanada hökuməri 2006-cı ildən sonra sosial xidmətlər sisteminə daxil olan hər bir uşağa 40.000 Kanada dolları (təxminən 31.350 ABŞ dolları) ödəməyə məcbur edilib.

Əvvəlcə qərardan apellyasiya şikayəti verəcəyini bildirən hökumət keçmiş internat məktəblərinin yerləşdiyi yerlərdə 1100-dən çox adı açıqlanmayan məzar aşkar edildikdən sonra şikayətini geri çəkib.

CBC-nin məlumatına görə, hökumətin çərşənbə axşamı rəsmi olaraq açıqlayacağı təzminat 2016-cı il məhkəməsi və digər iki məhkəmə iddiası üçün kompensasiyalarla yanaşı, yerli uşaqlara yardım sistemində uzunmüddətli islahatları maliyyələşdirmək üçün istifadə olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.