İranda şəkər xəstələri kütləvi ölə bilər - Apteklərdə insulin tapılmır

16-12-2021, 00:02           
İranda şəkər xəstələri kütləvi ölə bilər -
İranda son bir ildə insulinin bütün növlərinin qiyməti 2-3 dəfəyə qədər yüksəlib.

Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, bu barədə diyabet xəstəliyi üzrə iranlı həkim Cəfər Əsədullahpur məlumat yayıb.

Onun sözlərinə görə, qiymət artımı həm yerli istesal, həm də idxal edilən insulinlərdə qeydə alınıb.

Mütəxəssis vurğulayıb ki, hazırda iynə tipli insulinlərin ölkədə qıtlığı yaşanır.

Xatırladaq ki, ötən gün İranın rəsmi xəbər agentlikləri ölkədə 150 növ dərmanın çatışmadığı barədə də məlumat yaymışdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru