Almaniya rus diplomatları “arzuolunmaz şəxs” elan etdi

16-12-2021, 07:17           
Almaniya rus diplomatları “arzuolunmaz şəxs” elan etdi
Almaniya Gürcüstan vətəndaşı Zəlimxan Hanqoşvilinin qətli ilə bağlı cinayət işinə görə Rusiya səfirliyinin iki əməkdaşını “persona non-qrata” elan edib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Məhkəmənin də müəyyən etdiyi kimi, dövlət sifarişi ilə törədilmiş bu qətl Almaniya qanunlarının və Almaniya suverenliyinin kobud şəkildə pozulmasıdır. Buna görə də, biz Rusiya səfirini müzakirəyə çağırdıq”, – deyə Berbok bildirib.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi diplomatların ölkədən çıxarılması üçün cavab tədbirləri elan edib. Yaxın vaxtlarda nazirlik bu məsələ ilə bağlı açıqlama verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru