ÜST koronavirusun müalicəsi üçün daha 2 preparatı təsdiqlədi

15-01-2022, 00:07           
ÜST koronavirusun müalicəsi üçün daha 2 preparatı təsdiqlədi
Dərmanlar ölüm riskini və süni tənəffüs aparatına ehtiyacı azaldır

Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-un müalicəsi üçün tövsiyə olunan dərmanlar siyahısına 2 yeni preparat əlavə edib.
Xəstəliyi ağır keçirənləri “Barisitinib”lə müalicə etmək tövsiyə olunur. Bu preparat əsasən revmatoid artritin müalicəsində istifadə olunur. Sınaqlar göstərir ki, adıçəkilən dərmanın COVİD xəstələrində istifadəsi ölüm riskini və süni tənəffüs aparatına ehtiyacı azaldır.

Xəstəliyi orta ağır keçirən, lakin xəstəxanaya yerləşdirilmə riski yüksək olan şəxslər üçün isə “Sotrovimab” preparatı məsləhət görülür. Söhbət əsasən yaşlı insanlardan və immun çatışmazlığı olan və ya xroniki xəstəliklərdən əziyyət çəkənlərdən gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru