NATO-nun baş katibi: "Güzəştə getməyəcəyik"

20-01-2022, 08:57           
NATO-nun baş katibi:
Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Stoltenberq tvitterdə bildirib.

"NATO-nun Rusiya təhdidi qarşısında Ukraynaya güclü dəstəyini ifadə etmək üçün prezident Zelenski ilə danışdım. Müttəfiqlər Rusiyanı dərhal gərginliyi azaltmağa çağırır. Biz Rusiya ilə daha çox dialoqa hazırıq, lakin əsas prinsiplərdə güzəştə getməyəcəyik", - deyə Stoltenberq bildirib.

Ukrayna Prezidenti də telefon əlaqəsi barədə tvitter hesabında məlumat verib. O bildirib ki, söhbət zamanı Avropada sabitlik üçün lazım olan diplomatik səylər barədə məlumat və fikir mübadiləsi aparılıb. "NATO-nun iyunda keçiriləcək Zirvə toplantısına hazırlıq və Ukrayna orada mümkün iştirakı müzakirə olunub. Açıq qapı siyasəti dəyişməz olaraq qalır!", - deyə o qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.