ABŞ prezidenti Barak Obama Ağ Evdə ukraynalı həmkarı Petr Poroşenkonu qəbul edib. Görüşdə Ukraynaya 1 milyard dollar kreditin verilməsi müzakirə edilib. Obama Kiyevdə hökumət formalaşandan sonra ölkəsinin Ukraynaya üçüncü tranş kredit verməyə hazır olduğunu təsdiqləyib. Bu barədə Ukrayna prezidentinin saytı məlumat yayıb.