Obama: "Nüvə təhlükəsizliyi üzrə konvensiya tezliklə qüvvəyə minəcək"

2-04-2016, 00:51           
Obama: "Nüvə təhlükəsizliyi üzrə konvensiya tezliklə qüvvəyə minəcək"
"Nüvə materiallarının fiziki təhlükəsizliyi üzrə konvensiya yaxın həftələrdə qüvvəyə minəcək".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə günü Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində “Nüvə təhlükəsizliyini gücləndirmək üçün milli fəaliyyətlər” mövzusunda açılış sessiyasında çıxış edən ABŞ prezidenti Barak Obama deyib.

"Mən hazırda 102 ölkənin əsas saziş olan nüvə materiallarının fiziki təhlükəsizliyi üzrə konvensiyanı təsdiq etdiyini xəbər verməyimə şadam. Biz onun yaxın həftələrdə qüvvəyə minəcəyini gözləyirik", - deyə o bildirib.

Prezidentin sözlərinə görə, "bu bizə nüvə materialları oğurlanacağı və ya nüvə obyektinə hücum olacağı təqdirdə birgə işləməyimiz üçün lazım olan əlavə imkanlar verəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru