Azərbaycanlı milyarder girov pulu ödəməkdən imtina etdi

2-04-2016, 01:09           
Azərbaycanlı milyarder girov pulu ödəməkdən imtina etdi
Azərbaycanlı milyarder Rza Zərrab girov pulu ödəməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Zərrabın saxlanılmasında rol oynayan ABŞ prokuroru Prit Barara məlumat verib.

Barara növbəti məhkəmə prosesinin Nyu Yorkda davam etdiriləcəyini bildirib.

Martın 22-də Rza Zərraba görə girov müraciəti edildiyi barədə məlumat yayılmışdı.

Prokuror Barara azərbaycanlı milyarderə 75 il həbs cəzası tələb edir, onun ittihamları qəbul edib və tərəfdaşlarının da adlarını açıqlayacağı halda, cəzasının yüngülləşdiriləcəyi qeyd edilib.

Rza Zərrab daha öncə də açıqlamasında Babək Zəncaninin onun heç vaxt şəriki olmadığını, İran dövləti ilə də ticarət etmədiyini bildirmiş və Türkiyə vətəndaşı olduğu üçün bu ölkəyə yararlı bir vətəndaş kimi xidmət etdiyini qeyd etmişdi.

Xatırladaq ki, bir neçə gün əvvəl Mayamidə həbs olunan Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru