ABŞ-da mikroçip böhranı yarandı – Nazirlikdən SOS siqnalı

26-01-2022, 13:14           
ABŞ-da mikroçip böhranı yarandı –
Çərşənbə axşamı ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumatlara görə, ABŞ şirkətləri tərəfindən saxlanılan mikroçiplərin ehtiyatı orta hesabla beş günə qədər azalıb. Səlahiyyətlilər öz istehsal güclərini artırmaq üçün təcili tədbir görməyin vacibliyini vurğulayıblar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “smartmoney.one” saytında yerləşdirilib.

Mənbə qeyd edir ki, nazirliyin apardığı təhlilə əsasən, “orta hesabla mikroçip istehlakçı şirkətlərinin, o cümlədən avtomobil və tibbi avadanlıq istehsalçılarının inventarları 2019-cu ildəki 40 gündən 5 günə qədər (ötən ilin hesabatı nəzərdə tutulur) azalıb”.

"Əgər xarici istehsalçı COVID-in yayılması, təbii fəlakət və ya siyasi məsələlər səbəbindən ən azı bir neçə həftə ərzində fəaliyyətini dayandırarsa, bu, potensial olaraq ABŞ şirkətinin fəaliyyətinin dayandırılmasına gətirib çıxara, Amerika işçilərini və onların ailələrini risk altında qoya bilər".

ABŞ-ın ticarət naziri Gina Raimondo məlumatların yayılması ilə bağlı Twitter-də yazıb:

"Ölkənin düşdüyü hazırkı vəziyyət həqiqətən də böyük narahatlıq doğurur və öz mikroçip istehsal gücümüzü artırmaq üçün nə qədər təcili çalışmalı olduğumuzu göstərir".

Onun fikrincə, məlumatlar ABŞ-da çiplərin istehsalı üçün 52 milyard dolların ayrılmasını nəzərdə tutan İnnovasiya və Rəqabət Aktının Konqresdə təcili qəbul etməyin vacibliyini təsdiqləyir.
Xatırladaq ki, ABŞ-da pandemiya ilə əlaqədar mikroçiplərin tədarükündə gecikmələr səbəbindən tədarükdə fasilələr yaranıb və avtomobil qiymətlərində əhəmiyyətli artım müşahidə olunur, digər elektron məhsulların çatdırılması gecikir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.