"Donbassa BMT-nin silahlı missiyasını göndərmək lazımdır" - Almaniyanın eks-XİN başçısı

31-01-2022, 08:33           
"Donbassa BMT-nin silahlı missiyasını göndərmək lazımdır" - Almaniyanın eks-XİN başçısı
Barışığa nəzarət və zorakılığın qarşısını almaq üçün Donassa BMT-nin sülhməramlı missiyasını göndərmək lazımdır, ehtiyac yarandığı halda onlar öz məqsədlərinə silahın köməyi ilə çatardılar.

Bu barədə Almaniya Federativ Respublikasının (AFR) keçmiş Xarici İşlər naziri Ziqmar Qabriel «Bil dam Sonntaq» qəzetinə müsahibəsində bəyan edib.

«Qaçılmaz olardı ki, BMT beynəlxalq sülhməramlı missiyası barışığa sərt riayət etməyə, ağır silahların geri çəkilməsinə və zorakılığın istənilən formasının dayandırılmasına çalışardı - ehtiyac yaranarsa, silah gücünə. Bu barədə təklif olub, amma heç vaxt ciddi məsləhətləşmə olmayıb» - Qabriel xəbər verib.

O, həm də qəzetin oxucularını əmin etməyə çalışıb ki, ABŞ, NATO və Avropanın səyləri Avropanın mərkəzində bu müharibənin qarşısının alınmasına tuşlanıb.

«Əgər doğru danışsaq, etiraf etmək lazım gəlir ki, Ukraynanın şərqində Rusiyanın cəlb olunduğu hərbi münaqişə illərlə dayanmır» - Qabriel təsdiqləyib.

«Biz, avropalılar etiraf etməliyik ki, gerçəkdə hərbi təhlükəsizliyə yol verilməməsi üçün səylərin göstərilməsində həlledici rol oynamırıq. Biz, yenidən ABŞ-dan asılıyıq - keçmiş nazir məyusluğunu bildirir - Rusiyanın nöqteyi-nəzərincə, Avropa heç bir rol oynamır, axı 1945, 1989 və 1997-ci illərdə Sovet İttifaqı, sona isə Rusiya həmişə ABŞ-la Avropanın taleyi barədə danışıq aparıb. Bu, Rusiyanın fikrincə elə də qalmalıdır».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru