Yekaterinburqda tapılan cənazə qalıqlarının sonuncu rus çarına aid olduğu təsdiqləndi

31-01-2022, 08:39           
Yekaterinburqda tapılan cənazə qalıqlarının sonuncu rus çarına aid olduğu təsdiqləndi
Ekspertiza nəticəsində cənazə qalıqlarının 1918-ci ildə öldürülən sonuncu rus imperatorunun ailəsinə aid olduğu təsdiqini tapıb.

KONKRET.az-ın xəbərinə görə, bunu Rusiya Prokurorluğunun xüsusi işlər üzrə baş təhqiqatçısı Marina Molodsova bildirib.

“Müasir təhqiqat metodları və tarixi ekspertiza nəticəsində imperator II Nikolay və ailəsinin 1918-ci il 16 iyuldan 17-nə keçən gecə Yekaterinburqda güllələndiyini sübut edir. İmperatorla yanaşı onun arvadı Aleksandra Fyodorovna, qızları Olqa, Tatyana, Mariya, Anastasiya, oğlu Aleksey və ona sadiq olan şəxslər də güllələnib” – deyə Molodsova bildirib.

Qeyd edək ki, sonuncu rus çarı II Nikolay 1918-ci ildə güllələnib. Cənazə qalıqları ölüm hökmünün icra olunduğu yerdən 1991-ci ildə çıxarılıb. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru