İsrail ordusu Suriyaya hücum xəbərlərini şərh etməyib

31-01-2022, 11:43           
İsrail ordusu Suriyaya hücum xəbərlərini şərh etməyib
İsrail ordusunun sözçüsü Suriyanın Dəməşq bölgəsinə raket zərbələri endirməsi ilə bağlı mediada yayılan xəbərləri şərh etməyib. AzVision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Biz xarici mediada yayılan xəbərləri şərh etmirik", - açıqlamada deyilir.

Daha əvvəl “Al Ekhbariya” telekanalı hərbi mənbəyə istinadən məlumat verib ki, Suriya hava hücumundan müdafiə sistemləri bazar ertəsi Dəməşq üzərində hava hədəflərinə atəş açıb. Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələrinin atdığı raketlərin bir qismi məhv edilib. Hücum yerli vaxtla 03:05 radələrində həyata keçirilib və maddi ziyanla nəticələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru