Bayden Qətər əmirindən Avropa üçün qaz istəyəcək

31-01-2022, 12:54           
Bayden Qətər əmirindən Avropa üçün qaz istəyəcək
ABŞ Prezidenti Co Bayden yanvarın 31-də Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə keçirəcəyi görüşdən Rusiyaya qarşı sanksiyalar tətbiq olunacağı təqdirdə Qətər qazının Avropaya tədarükü ilə bağlı razılıq gözləyir.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

“Qətər üçün Avropaya təbii qaz tədarükü çox çətin olacaq, çünki artıq tədarük yoxdur. Ölkə tam gücü ilə işləyir, tədarükünün böyük hissəsi Asiyaya olan müqavilələr əsasında həyata keçirilir”, - nəşr yazıb.

Qeyd edək ki, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrell Rusiyanın qaz tədarükünü məhdudlaşdırması və kəsməsi ehtimalı ilə əlaqədar qurumun ABŞ, Qətər və Azərbaycanla danışıqlar apardığını demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru