"Dollar qadağan olunsun, Avropaya Rusiya qazı verilməsin" - Jirinovski

1-02-2022, 08:01           
"Dollar qadağan olunsun, Avropaya Rusiya qazı verilməsin" - Jirinovski
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Rusiyada dolların dövriyyəsinin qadağan edilməsinə və Avropaya qaz tədarükünü dayandırmağa çağırıb.

Belə bəyanatı o, «Komsomolskaya pravda» radiostansiyasının efirindən səsləndirib.

«Dollarınızı götürün! Bizə bir dollar da lazım deyil! Bu zibilə əlimizi də vurmayacağıq. Məgər onlar bunu edərlərmi? Yox. Dollara olan inam kəskin düşəcək» - o, bəyan edib. Onun fikrincə, valyutadan imtina əhəmiyyətli və qətiyyətli anti-qərb addım olardı.

Bundan başqa, Jirinovski hesab edir ki, Avropaya Rusiya qazının tədarükünü dayandırmaq lazımdır ki, Avropa İttifaqı sakinləri donsunlar və üsyan etsinlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru