Danilov: Bu sənəd Ukraynanı məhv edər!

1-02-2022, 09:12           
Danilov: Bu sənəd Ukraynanı məhv edər!
Minsk razılaşmasının icra edilməsi mümkünsüzdür və ölkənin məhvinə gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

“Minsk razılaşmasının icrası ölkənin məhvi deməkdir. Razılaşma rus silahının altında imzalanıb. Almaniya və Fransa isə bunu müşahidə ediblər. O zaman sağlam düşüncəli insanlara bəlli idi ki, bu sənədi icra etmək mümkünsüzdür”, - deyə Danilov bildirib.

O qeyd edib ki, Qərb Ukraynanı bu sənədin reallaşmasına məcbur etməməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru