Bayden Qətəri ABŞ-ın əsas qeyri-NATO müttəfiqləri sırasına daxil etməyi planlaşdırır

1-02-2022, 10:35           
Bayden Qətəri ABŞ-ın əsas qeyri-NATO müttəfiqləri sırasına daxil etməyi planlaşdırır
ABŞ prezidenti Co Bayden ölkə Konqresini Qətərə əsas qeyri-NATO müttəfiqi statusu vermək planları barədə məlumat verib.

Trend xəbər verir ki, müvafiq sənəd Ağ Evin rəsmi saytında dərc olunub.

Sənəddə bildirilir ki, Bayden bunu Qətərin ABŞ-ın SQ Mərkəzi Komandanlığının fəaliyyəti sahəsində rəhbərlik etdiyi səylərə uzun illər verdiyi töhfəni nəzərə alaraq etmək niyyətindədir. Bundan əlavə, qeyd edilir ki, Qətər Dövləti ilə müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi Vaşinqtonun maraqlarına uyğundur.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməliyyat məsuliyyəti zonasına Yaxın Şərq daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.