ATƏT sədri Donbassa gedəcək

2-02-2022, 00:01           
ATƏT sədri Donbassa gedəcək
Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Ukraynaya səfəri çərçivəsində Donbassa gedəcək.

Redaktor.az "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasina jurnalistlərə bildirib.

“Gələn çərşənbə (9 fevral) nazir Rau Ukraynaya səfərə gedəcək və o, Donbassa gedəcək”, - mətbuat katibi bildirib.

Qeyd edək ki, ATƏT sədri, Polşanın xarici işlər naziri fevralın 3-5-də ABŞ-da səfərdə olacaq. Z. Rau səfəri çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken və ABŞ Konqresinin üzvləri ilə görüşlər keçirəcək. Fevral ayı ərzində ATƏT sədrinin ABŞ və Ukrayna ilə yanaşı Rusiyaya da səfəri gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru