ABŞ Ukraynaya silah tədarükünü davam etdirir

2-02-2022, 09:18           
ABŞ Ukraynaya silah tədarükünü davam etdirir
ABŞ yaxın günlərdə Ukraynaya yeni partiya silah yardımı göndərəcək.
Bu barədə brifinqdə Pentaqonun mətbuat katibi Con Kirbi xəbər verib.

«Növbəti partiya cümə günü gedib. Yaxın günlərdə digərləri gedəcək» - o, brifinqdə jurnalistlərə deyib.
İlin əvəlindən ABŞ Ukraynaya dörd partiya hərbi kömək göndərib.

Kirbi əlavə edib ki, ölkədə amerikalı hərbi təlimatçılar britaniyalı və kanadalı həmkarlarla birlikdə işləyirlər.

ABŞ başda olmaqla NATO ölkələri 2014-cü ildən başlayaraq, Ukraynaya silah tədarük edirlər və onun hərbçilərini məşq etdirirlər. Tədarükdə ümumiliklə, milyardlarla dollar iştirak edir (amerikalılardan başqa Böyük Britaniya, Kanada, Fransa, Polşa, Türkiyə, Litva, Çexiya, Bolqarıstan, Rumıniya, Estoniya).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.