ABŞ və Rumıniya Rusiyaya qarşı birgə fəaliyyəti müzakirə ediblər

2-02-2022, 09:21           
ABŞ və Rumıniya Rusiyaya qarşı birgə fəaliyyəti müzakirə ediblər
ABŞ Dövlət katibinin müavini Uendi Şerman Rumıniyanın Xarici İşlər naziri Boqdan Auresku ilə NATO-nun şərq qanadında Rusiya təcavüzünə qaşı birgə fəaliyyəti müzakiə edib.

Bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.

«Dövlət katibinin müavini Şerman və Xarici İşlər naziri Auresku ümumi təhlükə və çağırışların qarşısının alınmasında, xüsusilə də NATO-nun şərq qanadında Rusiyanın təcavüzü qarşısına ABŞ və Rumıniyanın strateji həmkarlığının əhəmiyyətini təsdiq ediblər» - xəbərdə belə deyilir.

Həm də qeyd edilir ki, hər iki tərəf Qara dənizdə təhlükəsizlik məsələsində əməkdaşlıq etməyi və Rusiyanın təcavüzünə qarşı birləşməyi razılaşdırıblar.

«Dövlət katibinin müavini və Xarici İşlər naziri Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyi təsdiqləyiblər» - ABŞ xarici işlər idarəsində əlavə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru