Afrika ölkəsində dövlət çevrilişi cəhdi olub

2-02-2022, 09:32           
Afrika ölkəsində dövlət çevrilişi cəhdi olub
Qvineya-Bisauda dövlət çevrilişi cəhdi olub.

Ölkə prezidenti Umaru Sisoku Embalo çərşənbə axşamı respublika Nazirlər Şurasının növbədənkənar iclasını keçirmək üçün hökumət evinə gəlib. Bir müddət sonra mülki geyimli şəxslər binaya gələrək avtomat silahlardan və qumbaraatanlardan atəş açıblar. Hökumət evini qoruyan polislər arasında dörd nəfərin yaralandığı bildirilib.

Daha sonra qiyamçılar binaya daxil olaraq ölkə rəhbərliyini girov götürüblər.

Artıq Qvineya-Bisau hökumətinin üzvləri azad edilərək silahlılar tərəfindən ələ keçirilən binanı tərk ediblər. Prezident Omaru Şisoku Embalo isə sosial şəbəkə səhifəsindən xalqa müraciət edərək ölkədə vəziyyətin nəzarət altında olduğunu bildirib.

Hazırda hökumət evi binadan 500 metr aralıda dayanan qoşunlar tərəfindən mühasirəyə alınıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru