Avropada təbii qazın qiyməti kəskin azalıb

15-03-2022, 00:04           
Avropada təbii qazın qiyməti kəskin azalıb
Avropa bazarında təbii qazın qiyməti kəskin ucuzlaşaraq 1 200 ABŞ dollarına enib.
“Report” xəbər verir ki, Londondakı “İCE Futures” birjasındakı səhər hərracında regionun ən böyük onlayn qaz satışı mərkəzi TTF-in aprel fyüçersləri 15,99 % ucuzlaşaraq min kubmetri 1 216 ABŞ dollarına satılıb.

Qiymətlərin ötən həftə rekord həddə qalmasından sonra azalması Rusiyaya qarşı sanksiyalara baxmayaraq bu ölkədən başlıca boru kəmərlərilə nəqlinin davam etməsi, həmçinin havaların yumşalması ilə bağlıdır.

Xatırladaq ki, martın 7-dəki səhər hərraclarında qaz 4 min ABŞ dolları həddinə yaxınlaşsa da, ayın 11-də 1 400 ABŞ dollarından aşağı düşmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru