İsrail lazer hava hücumundan müdafiə sistemini uğurla sınaqdan keçirib

15-04-2022, 09:43           
İsrail lazer hava hücumundan müdafiə sistemini uğurla sınaqdan keçirib
İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, yeni istehsal olunan lazer hava hücumundan müdafiə sistemlərinin ilk sınağı uğurla tamamlanıb.

Belə ki, “Dəmir Şüa” (Iron Beam) sistemi pilotsuz uçan təyyarələri, raketləri, minaatanları və tank əleyhinə raketləri uğurla zərərsizləşdirib.

Sınaqlar bu ilin mart ayında İsrailin cənubundakı Neqev səhrasında keçirilib.

Öz növbəsində İsrailin Müdafiə Nazirliyinin araşdırmalar və ixtiralar şöbəsinin rəhbəri, general Yaniv Rotem də “Dəmir Şüa” sisteminin uğurla sınaqdan çıxdığını təsdiqləyib.

Məlumatda həmçinin qeyd olunur ki, “Dəmir Şüa”nı İsrailin məşhur “Rafael Advanced Defense Systems” şirkəti yaradıb.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru