"Ukrayna bu müharibədə Rusiyanın iki mühüm gəmisini zərərsizləşdirib" - Britaniya kəşfiyyatı

15-04-2022, 09:26           
"Ukrayna bu müharibədə Rusiyanın iki mühüm gəmisini zərərsizləşdirib" - Britaniya kəşfiyyatı
“Rusiya “Slava” sinfinə aid “Moskva” kreyserinin batdığını etiraf edib. Rusiyanın Qara dəniz Donanmasının flaqmanı olan “Moskva” həm komanda gəmisi, həm də hava hücumundan müdafiə qovşağı kimi mühüm rol oynayıb”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Sovet dövründən qalma gəmi Rusiya donanmasında “Slava” sinifli üç kreyserdən biri idi. Əvvəlcə 1979-cu ildə istismara verilən “Moskva” öz qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş geniş təmir işlərini tamamlayıb və yalnız 2021-ci ildə işlək vəziyyətə qayıdıb.

Bu insident o deməkdir ki, Rusiyanın Ukraynaya hərbi müdaxilədən sonra iki mühüm hərbi dəniz obyektləri ziyana uğrayıb. Onlardan birincisi martın 24-də “Alliqator” sinfinə məxsus “Saratov” desant gəmisi olub. Hər iki olay Rusiyanı Qara dənizdəki mövqelərinə yenidən baxış keçirməyə vadar edəcək”, - məlumatda vurğulanıb. //report//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru