Zelenski Ukraynanın Aİ-yə üzvlük anketini təqdim etdi
19-04-2022, 00:03
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbərinə verib. TASS xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
“Prezident Zelenski Aİ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikasa dövlətimizin Aİ üzvlüyünə namizəd statusu alması üçün doldurulmuş sorğu anketini təhvil verib”, - məlumatda deyilir.