İran Rusiyadan alınmış S-300 sistemlərini göstərdi

17-04-2016, 12:25           
İran Rusiyadan alınmış S-300 sistemlərini göstərdi
İran Rusiyadan alınmış S-300 havadan müdafiə sistemlərini göstərib.
Trend-in İranın “Press TV” telekanalına istinadən verdiyi məlumata görə, havadan müdafiə sistemlərinin nümayişi hər il keçirilən hərbi parad zamanı baş tutub.
Xatırladaq ki, 2007-ci ildə imzalanmış sazişə əsasən, Rusiya İranı qırx С-300 PMU-1 tipli ZRK ilə təhciz edəcək. Müqavilənin dəyəri 800 milyon dollar təşkil edir. BMT-nin Təhlükəsizlik Şürasının qətnaməsi müqaviləni həyata keçirməyə qadağa qoydu. 2015-ci ilin aprelində Tehran Qərblə ilkin nüvə razılaşması əldə edəndən sonra Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə qadağa aradan götürüldü.
Qeyd edək ki, Vaşinqton və İsrail bu məsələdə narahatlıqlarını ifadə edir və Rusiya-İran razılaşmasını kəskin pisləyir. Əsas narahatlıq ondan ibarətdir ki, İran S-300 raketlərini alarsa, Yaxın Şərqdə əməliyyat aparan təyyarələri çox asanlıqla vura bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru