Yaponiya Ukraynanı nüvə və bioloji silahlar əleyhinə xüsusi vasitələrlə təmin edəcək 19-04-2022, 11:12 Yaponiya Ukraynanı nüvə, bioloji və kimyəvi silahlara qarşı müdafiə kostyumları və maskaları ilə təmin edəcək.Bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.Nazirliyin məlumatında o da qeyd olunur ki, Yaponiya Ukraynaya pilotsuz təyyarələr göndərməyi də nəzərdə tutur.Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Yaponiya Ukraynaya davamlı dəstək verən ölkələr sırasındadır. Facebook-da paylaş