“Əgər razılaşma olmasa, neft qiymətləri kəskin düşəcək”
17-04-2016, 16:30
Dünya neft hasilatının yarısını təmin edən 17 ölkə, Qətərin paytaxtı Dohada, neft bazarında sabitlik yaratmaq üçün, istehsalın dondurulması təklifini müzakirə edirlər. İclas öncəsi, Səudiyyə Ərəbistanının ikinci vəliəhd şahzadəsi, İranın razılaşamya qatılmaması vəziyyətində ölkəsinin istehsalı dondurmayacağını açıqlamışdı. İran toplantıda iştirak etməmək qərarı verib. Dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı tərəfindən verilən şərhlər, bugünkü toplantı barədə şübhələrin yaranmasına səbəb olub. Neft hasilatının dondurulmasından ilk dəfə bəhs edildiyi Fevral ayından bu yana, neft qiymətləri 30 faizdən çox artıb. “Marja” xəbər verir ki, qlobal sərmayə bankı olan Citigroup Inc, əgər razılaşma olmasa, qiymətlərdə kəskin azalmalar ola biləcəyi barədə proqnoz verib.