Rusiyalı milyarder üsyan etdi: "Generallar “poxmeldən” ayılından sonra..."

20-04-2022, 00:04           
Rusiyalı milyarder üsyan etdi:
Biznesmen və "Tinkoff Bank”ın qurucusu Oleq Tinkov növbəti dəfə Ukraynadakı müharibəyə qarşı çıxıb. Onun fikrincə, rusların 90 faizi Ukraynanın işğalını dəstəkləmir.

Bu barədə "The İnsider” məlumat yayıb.

"Mən bu fəlakətli müharibədən bir nəfər də olsun faydalanan görmürəm! Günahsız insanlar və əsgərlər ölür. "Poxmellə” yuxudan oyanan generallar anladılar ki, onların zibil ordusu var. Ölkədə hər şey nippotizm, nökərçilik və qulluqçuluğa qərq olubsa, ordu necə yaxşı ola bilər? Kreml rəsmiləri yayda nəinki onların, hətta uşaqlarının da Aralıq dənizinə getməyəcəyindən şoka düşüblər. İş adamları qalan bizneslərini xilas etməyə çalışırlar... Təbii ki, "Z”ni çəkən axmaqlar var, amma hər ölkədə 10 faiz axmaq olur. Rusların 90 faizi bu müharibəyə qarşıdır!”, deyə biznesmen "Instagram" səhifəsində yazıb.

Xatırladaq ki, fevral ayının sonlarında da Tinkov bu mövzu ilə bağlı çıxış edib. "İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu ağlasığmaz və qəbuledilməzdir! Ölkələr pulu müharibəyə deyil, insanların müalicəsinə, xərçəngə qalib gəlmək üçün tədqiqatlara xərcləməlidir. Biz bu müharibəyə qarşıyıq!”, deyə Tinkov yazıb. \\Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru