Ukrayna kəşfiyyatı: Rusiya 2020-ci ildə Belarusa hücum edəcəkmiş

20-04-2022, 08:13           
Ukrayna kəşfiyyatı:
Ukrayna hərbi kəşfiyyatının əldə etdiyi sənədlər Rusiyanın birinci tank ordusunun 9 avqust 2020-ci il tarixindən sonra Belarus ərazisinə hücum etməyə və bu əraziləri ələ keçirməyə hazırlaşdığına dəlalət edir.

“Belarusda prezident seçkilərinin saxtalaşdırılmasından sonra RF SQ hücum və xalq etirazlarının yatırılması planını işləyib hazırlayıb”. Bu barədə UNİAN Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadla məlumat yayıb.

Kəşfiyyat İdarəsindən qeyd edirlər ki, Rusiyanın “Avropa qitəsində NATO üzvü olan ölkələrlə regional və ya genişmiqyaslı müharibəyə cəlb edilməkdən yayınmaq bəhanəsi ilə” Belarusun işğal edilməsi planlaşdırılırmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru