“Oğlunun dövlət başçısı kimi hərəkətlərinin 90%-ni bəyənirəm, lakin onun sektasının davamçısı deyiləm”.
Bunu Fransa prezidenti Emmanuel Makronun atası Jan-Mişel deyib.
Makronun atası əlavə edib ki, o, ümumiyyətlə, oğlunun prezident kimi fəaliyyətini bəyənir:
“Onun dövləti idarə etmə tərzinə heyranam. Düşünürəm ki, çox cəsarətli olmaq lazımdır, fransızlar çox nankordurlar – bu yeni bir şey deyil”.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Fransa Daxili İşlər Nazirliyinin yekun məlumatlarına görə, ölkənin hazırkı prezidenti Emmanuel Makron 27,84 faiz, onun rəqibi, ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen 23,15 faiz səs toplayıb.