Bu ölkə də Putinin qızlarına sanksiya tətbiq etdi

20-04-2022, 00:12           
Bu ölkə də Putinin qızlarına sanksiya tətbiq etdi
Kanada Rusiya prezidenti Vladimir Putinin qızları Yekaterina Tixonova və Mariya Vorontsovaya qarşı fərdi sanksiyalar tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Kanda Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sanksiya siyahısına Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, iş adamları Pyotr Avena və Mixail Qutseriyev, violonçel ifaçısı Sergey Rolduqin də daxil edilib.
Ümumilikdə, Kanada Xarici İşlər Nazirliyi “rejimin silahdaşı” kimi qəbul etdiyi 14 nəfərə sanksiya tətbiq edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ da Putinin qızlarına sanksiya tətbiq etmişdi.
Sanksiya siyahılarına daxil olan şəxslərin Kanadadakı aktivləri dondurulur və ölkəyə girişi qadağan edilir.

Gülnar Məmmədli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru