Saakaşvili yenidən hakim qarşısına çıxarılır 20-04-2022, 00:01 Sabah Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə əlaqədar cinayət işi üzrə məhkəməsi keçiriləcək.Metbuat.az xəbər verir ki, məhkəmə saat 12:00-da Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.Məhkəmədə Mixeil Saakaşvili də iştirak edəcək .İclasda ittiham tərəfinin sübutları araşdırılacaq.Xatırladaq ki, Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə əlaqədar istintaqa oktyabrın 1-dən başlanılıb. Facebook-da paylaş