Ukrayna buğda əkininə başlayıb - Azərbaycan taxıl ala biləcək?
20-04-2022, 07:49

Rusiyanın dünyada ən böyük taxıl istehsalçılarından biri olan Ukraynanın müharibəyə başlaması qonşu ölkələr üçün ciddi problemlər yaradacaq.
Qeyd edək ki, Ukraynanın illik taxıl istehsalı 85 milyon tona yaxındır. Bu məhsulun 4 milyon tonu yalnız Odessa vilayətinin payına düşür. Lakin şiddətli döyüşlərin getməsi ilə əlaqədar əkin sahələrinin azalması müşahidə olunur. Ukraynın Qara dəniz sahili boyunca 60 faizə qədər ərazisinin işğal olunması taxıl ixracatının qarşını alan əsas maneələrdən birinə çevrilib.
Buna baxmayaraq, Rusiya qoşunlarının geri çəkilməsi Ukraynanın qərb, cənub-qərb və bəzi mərkəzi əyalətlərində əkin işlərinin başlanılmasına şərait yaradıb. Ancaq Ukraynanın bu il taxıl ixracını bərpa etməsi növbəti aylarda müharibənin gedişindən asılı olacaq. Əkin işlərinə başlanılması ümidverici olsa da, məhsul qıtlığının yaşanacağı proqnozlaşdırılır.
Artıq Ukraynanın 21 vilayətində yazlıq taxıl bitkilərinin əkininə başlanılıb. Son məlumata görə, hazırda Ukraynanın nəzarətində olan və 2022-ci ilə dair əsas yazlıq kənd təsərrüfatı bitkilərinin proqnozlaşdırılan əkin sahəsi 13 438 400 hektar təşkil edir. Bu da ötən illə müqayisədə 3477,9 min hektar azdır.
Beləliklə, əkin aparılan təsərrüfatlarda ən çox yazlıq arpa və buğda səpilib. Ölkədə ağır müharibə getməsinə baxmayaraq, Rusiya qoşunlarının şərq sərhədlərinə sıxışdırılması Ukraynaya əkin işlərini bərpa etməyə imkan yaradıb. 81 min hektar ərazidə Ukraynanın həm daxili tələbatında, həm də ixracatında mühüm yer tutan ərzaq buğdası əkilib. Ən çox göstərici yazlıq arpanın əkinində qeydə alınıb. Ukraynada ağır müharibə şəraitinə baxmayaraq, 327 300 hektar sahədə yazlıq arpa əkilib. Bundan başqa, 7,6 min hektar sahədə yazlıq kolza, 50,1 min ha sahədə yulaf, 62,3 min ha sahədə noxud, 30,6 min ha sahədə şəkər çuğunduru, 33,7 min hektar ərazidə günəbaxan, 10,7 min hektar sahədə isə soya əkilib.
Lakin ağır müharibə səbəbindən yazlıq məhsul əkinində və yığımında ciddi dəyişikliklər gözlənilir. Fevral və mart ayı ərzində gedən döyüşlərlə əlaqədar yazlıq taxıl və digər paxlalı bitkilərin ümumi əkin sahəsi 4,7 milyon hektar, yaxud əvvəlki illə müqayisədə 39 faiz azalıb.
Ukraynanın vilayətlərdən verilən məlumata görə, ümumlikdə 2022-ci il üçün 7,7 milyon ha sahədə payızlıq taxıl əkilib. Onun 6,5 milyon hektar sahəsini payızlıq buğda və tritikal, 159 min hektarını çovdar, 1 milyon ha isə arpa təşkil edir. Bu da ötən illə müqayisədə 8,2 milyon hektar və ya 7 faiz azdır. Nəticədə Ukraynada taxıl səpini 2020-ci ilin göstərici səviyyəsinə enib.
Kənd təsərrüfatı müəssisələrində payızlıq bitkilərin azotlu mineral gübrələrlə təmin edilməsinə başlanılıb.
Hərbi əməliyyatlar nəticəsində ölkənin 9-dan çox regionunda - Çerniqov, Sumı, Kiyev, Xarkov, Luqansk, Donetsk, Zaporojye, Xerson və Nikolayevdə əkin işləri aparmaq mümkün olmayıb. Jitomir, Poltava və Dnepropetrovsk vilayətlərində isə əkin işləri aparmaq çox təhlükəlidir. Hesablamalara görə, 6 milyon hektar sahədə əkin aparmaq olar ki, bu da ötən ilki əkin sahəsinin 80 faizini təşkil edir.
Eyni zamanda, 2022-ci ildə ölkədə yağ alınan bitkilərin ümumi sahəsi hesablamalara görə, artıq payızlıq kolza əkilmiş sahələr nəzərə alınarsa, təxminən 6,8-6,9 milyon hektara qədər azala bilər. Bu da 2010-cu ildən bəri ən aşağı göstərici deməkdir.
2022-ci ildə taxıl və yağlı bitkilərin ümumi istehsalı 53,3 milyon ton səviyyəsində dəyərləndirilir ki, bu da əvvəlki mövsümün rekord göstəricisindən 51 faiz aşağıdır. Günəbaxan sahələrinin həcmi 2021-ci ildəki 73 faiz təşkil etmişdisə, 2022-ci ildə 61 faizədək azalacağı proqnozlaşdırılır. 2022-ci ildə kolzanın payının 12 faizdən 21 faizə, soya istehsalının 15 faizdən 17 faizə qədər artacağı proqnozlaşdırılır.
Ümumilikdə, taxıl məhsulları son 15 ildə, yağ istehsalı üçün nəzərdə tutulan bitkilər isə son 10 ildə ən aşağı həddə düşə bilər. Lakin bu istehsalın həcmi Ukraynanın daxili tələbatını ödəməyə kifayət edir. cebhe/info