Yaponiya Ukraynaya verdiyi kreditlərin həcmini artırır
20-04-2022, 09:03
Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin Ukraynaya verdiyi kreditlərin həcmini 100 milyon ABŞ dollarından 300 milyon dollara çatdıracağına söz verib.
Kişida bu barədə G7 (“Böyük Yeddilik”) ölkələrinin liderləri ilə videokonfransda deyib.
O, Ukrayna iqtisadiyyatına dəstəyi təcili vəzifə adlandırıb.