ABŞ özünün nüvə silahını Britaniyaya qaytara bilər - “The Guardian”

20-04-2022, 09:08           
ABŞ özünün nüvə silahını Britaniyaya qaytara bilər -
Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatının başlanmasından sonra, Birləşmiş Ştatlar hakimiyyəti özünün nüvə ehtiyatını, o cümlədən Britaniya ərazisində yerləşdrmək barədə fikirləşməyə başlayıb.

Bu barədə «The Guardian» nəşrində dərc olunmuş məqalədə söhbət açılır. Bu zaman məqalədə ABŞ müdafiə büdcəsinin gələn il üçün «paylanmasına» istinad olunur.

Sənəddən aydın olur ki, Londonun 100 kilometrliyindəki Britaniya Hərbi-hava qüvvələrinin «Leykenhit» aviabazasını F-35A Lightning təyyrələrinin qəbulu üçün modernləşdirə bilərlər. Bu, ən yeni bombardmançı-qırıcıdır ki, nüvə başlığı daşımaq qabiliyyətinə malikdir.

Bu zaman ABŞ-ın nüvə silahı - 500 V61 hidrogen bombası - hazırda Avropa və Asiyanın 5 ölkəsində, İtaliyada, Belçikada, Niderlandda, Almaniyada və Türkiyədə saxlanır.

Xatırladaq ki, ABŞ-ın nüvə silahı Böyük Britaniyada Soyuq müharibə döründə, 1952-ci ildə yerləşdirilib. 2008-ci ildə nüvə silahının yığışdırılması proqramı çərçivəsində həm də belə döyüş ehtiyatı krallıq ərazisindən çıxarılıb. «Leykenhit»dəki yeraltı anbarlar konservləşdirilib («Russkaya vesna»).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru