Hindistan BrahMos qanadlı raketinin təyyarə versiyasını uğurla sınaqdan keçirib
20-04-2022, 11:34

Hindistan BrahMos qanadlı raketinin təyyarə versiyasını uğurla sınaqdan keçirib
Raket istismardan çıxarılan Hərbi Dəniz Qüvvələri gəmisindən ibarət hədəfi böyük dəqiqliklə vurub.
Hindistan çərşənbə axşamı BrahMos səsdən sürətli qanadlı raketinin təyyarə versiyasını uğurla sınaqdan keçirib.
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin çərşənbə günü respublika hökumətinin saytında dərc olunmuş məlumatında deyilir.
"BrahMos səsdən sürətli qanadlı raketin aviasiya versiyası Su-30MKI qırıcısından uğurla buraxılıb. Buraxılış ölkənin şərq sahillərində həyata keçirilib. Raket hədəfi - istismardan çıxarılan Hərbi Dəniz Qüvvələrinin gəmisini böyük dəqiqliklə vurub", - hərbi departamentin açıqlamasında deyilir.
2016-cı ildə Hindistan uzun məsafədən quru və dəniz hədəflərini dəqiq vurmaq üçün 40-dan çox Su-30MKI döyüş təyyarəsi ilə təchiz etməyi planlaşdıran BrahMos-un hava versiyasını hazırlamağa başlayıb.
BrahMos Rusiyanın NPO Mashinostroyeniya və Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı tərəfindən hazırlanmış BrahMos Aerospace birgə müəssisəsi tərəfindən istehsal olunan səsdən sürətli qanadlı raketdir. Raketin ilk sınaq buraxılışı 2001-ci ildə baş tutub. Onun müxtəlif versiyaları Hindistan Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və quru qüvvələri ilə xidmətdədir.
