“Rusiya ordusu hələ də məqsədinə çata bilməyib” - Britaniya kəşfiyyatı

20-04-2022, 10:14           
“Rusiya ordusu hələ də məqsədinə çata bilməyib” - Britaniya kəşfiyyatı
“Rusiya Donbasa zərbələrini artırıb”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiyaya mane olan onların üzləşdiyi ekoloji, maddi-texniki və nəqliyyat problemləridir. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin müqaviməti də qarşı tərəfin qarşısını alır. Onların mülki əhalini hədəf alması göstərir ki, Rusiya ordusu hələ də məqsədinə çata bilməyib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Donbasın Kremennaya, Torskoye və Zelenaya Dolina yaşayış məntəqələri ərazilərində Rusiya və Ukrayna qoşunları arasında döyüşlər davam edir. Rusiya hərbçiləri Liman qəsəbəsi istiqamətində növbəti dəfə hücuma keçmək məqsədi ilə yenidən qruplaşır. Onlar həmçinin Popasnaya kəndinin dərinliyinə irəliləmək üçün hücuma keçməyə çalışırlar. Rubejnoye və Severodonetskdə Rusiya hərbçilərinin basqın etmək cəhdlərindən sonra 130-a yaxın yaralı hərbçi Novoaidar şəhərinin yerli xəstəxanasına çatdırılıb. Hazırda bununla bağlı rəqəmlər dəqiqləşdirilir.

Rusiya ordusu Donetsk istiqamətində Maryinka qəsəbəsi ərazisində hücum əməliyyatları keçirib. Onlar əsas səylərini Mariupol şəhərini ələ keçirməyə, Azovstal zavodunun ərazisində hücum əməliyyatlarını davam etdirməyə yönəldir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru