İran Rusiyaya məhsul ixracını 10 dəfə artıracaq - ƏTRAFLI

20-04-2022, 11:33           
İran Rusiyaya məhsul ixracını 10 dəfə artıracaq - ƏTRAFLI
Rusiyaya İran məhsulları 10 dəfə çox idxal ediləcək.

KONKRET.az xəbər verir ki, İran-Avrasiya Araşdırmaları İnstitutunun məlumatına görə, “yol xəritəsi”ni fars işgüzar və siyasi dairələri hazırlayır.

İnstituta İranın Rusiyadakı keçmiş səfiri Mehdi Sanai rəhbərlik edir. Qeyd edək ki, o, hələ də postsovet məkanında İranın maraqlarını fəal şəkildə təbliğ edir.

Məhz Sanai dövründə Rusiya sanksiyaya məruz qalan İranın ən böyük ticarət tərəfdaşı olub. Ötən il İranın Rusiyaya ixracı 1 milyard dollara yaxınlaşıb. İndi vəzifə bu rəqəmi 10 milyard dollara çatdırmaqdır.

Rusiyada İran biznesi üçün fantastik üstünlükləri nəzərə alsaq, bu, kifayət qədər realdır: idxal rüsumlarının sıfır olması, “yaşıl” gömrük dəhlizi, milli valyutalarda (rubl və rial) ödənişlər…

Rusiya İrana kənd təsərrüfatı xammalı (taxıl və neft), avadanlıq və metal konstruksiyalar verir. İran Rusiyaya tikinti materialları (sement və keramik plitələr), dəri məmulatları və təbii ki, ərzaq məhsulları da satır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru