Dövlət katibindən əhaliyə çağırış: "Az yeyin!"

21-04-2022, 00:03           
Dövlət katibindən əhaliyə çağırış:
Almaniyanın parlamentdən stats-katibi Nils Annen Almaniya vətəndaşlarını qidanı azaltmağa, xüsusən əti az yeməyə çağırıb.
Bakupost.az xəbər verir ki, Almaniya Federativ respublikasının dövlət katibi əkinçilik üçün yararlı torpaq sahələrinin azad olması və artırılması üçün heyvandarlığın ixtisarını təklif edir.
Nils Annen dünyada ərzaq məhsullarına, taxıla, tərəvəzə artan tələbat və qıtlıq fonunda ölkənin özünü təmin etməsi üçün torpaq sahələrinə ehtiyacı olduğunu deyib.
"Əgər biz Almaniyada mal və donuz əti istehlakını 30% azalda bilsəydik, əkinçilik üçün milyon hektar ərazi boşalda bilərdik. Ukraynadakı hadisələr buğda defisiti yaradır. Amma diqqət yetirdikdə görürük ki, bir çox Avropa ölkələri kimi Almaniyada buğdanın yarıdan çoxu maldarlıq təsərrüfatları üçün alınır. Bütün dünya üzrə istehsal olunan buğda sonunda ət istehsalına yönəlir. Ona görə də Avropa xalqları ət qəbulunu azaltsalar iqtisadiyyata xeyli dəstək olmuş olarlar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru