Ukrayna 4 günlük atəşkəsə RAZILAŞDI

21-04-2022, 08:13           
Ukrayna 4 günlük atəşkəsə RAZILAŞDI
Ukrayna BMT Baş katibinin Pasxa atəşkəsi barədə təklifi ilə razılaşdığını açıqlayıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

BMT-nin baş katibi Antoniu Quterreş xristianların Pasxa bayramını qeyd etməsi ilə əlaqədar aprelin 21-dən Ukraynada dörd günlük atəşkəs çağırışı edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrinin Ukraynaya davamlı silah tədarükünü nəzərə alaraq təklifi tənqid edib.

Antonio Quterreş hesab edir ki, Mariupol, Xerson, Donetsk və Luqanskda humanitar dəhlizlərin açılması üçün barışıq lazımdır. Avropa İttifaqı bu təklifi dəstəkləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru