Putin mətbuat katibini cəzalandırdı

18-04-2016, 10:28           
Putin mətbuat katibini cəzalandırdı
Rusiya prezidenti Vladimir Putin mətbuat katibi Dmitri Peskovu ənənəvi canlı yayıma hazırlıq zamanı yol verdiyi nöqsana görə cəzalandırıb.

Virtualaz.org bildirir ki, bu barədə “Rossiya1” telekanalında yayımlanan “Bazar axşamı Vladimir Solovyovla”verilişində mətbuat katibi özü danışıb.

Demə, Peskovun buraxdığı səhvə görə, Putinə alman nəşri Sueddeutsche Zeitunglə Amerika bankı Goldman Sachs arasındakı əlaqələrə dair dəqiq olmayan məlumat təqdim olunub.

Nəticədə Putin canlı yayım zamanı bildirib ki, “Panama sənədləri”ni dərc edən alman qəzeti Sueddeutsche Zeitung Amerika bankı Goldman Sachs-a məxsusdur.

Canlı yayımdan sonra alman nəşrinin baş direktoru bəyanatla çıxış edib və bildirib ki, onların adıçkilən banka heç bir aidiyyəti və ya bağlılığı yoxdur. Öz növbəsində Kreml də alman nəşrindən üzr istyib.

“Bu səhvə prezident necə reaksiya verdi” sualına cavabında Peskov bildirib ki, o, “payını” alıb. Amma onu da əlavə edib ki, bunun sonda töhmət və ya digər cəza ilə nəticələnəcəyini bilmir.

“Mən heç kimə prezidentin tənqidinə tuş gəlməsini istəməzdim”, - deyə D.Peskov fikrini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.