Litva Ukraynaya on milyonlarla avro dəyərində silah göndərib

21-04-2022, 09:42           
Litva Ukraynaya on milyonlarla avro dəyərində silah göndərib
Litva Ukraynaya dəyəri on milyonlarla avro olan minaatan partiyasını təhvil verib.

“Report” BNS agentliyinə istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas bildirib.

“Biz Ukraynaya hərbi yardım göndərmişik - ağır minaatanları təhvil vermişik, onların sayını adlarını çəkməyəcəyik. Silahların qalıq dəyəri on milyonlarla avro dəyərində qiymətləndirilir”.

Müdafiə nazirinin sözlərinə görə, rəsmi Vilnüs mütəmadi olaraq Kiyevə silah-sursat göndərir: “Hər şeyin adını çəkmək belə çətindir. Təkcə "Stinger" raket kompleksləri deyil, həm də digər hava hücumundan müdafiə və tankəleyhinə silahlar, qumbaralar, pulemyotlar, avtomatlar, rabitə vasitələridir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru