Rusiya Ukraynada hücum əməliyyatlarını aktivləşdirib
24-04-2022, 10:09
usiya Ordusu Severodonetsk, Kuraxovsk və Popasnya hücum əməliyyatlarını aktivləşdirib.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd edilib ki, Zareçno, Rubejnoe və Popasnya rayonlarında döyüşlər gedir. Mariupolda isə “Azovstal” zavodunda Ukrayna ordusunun bölmələrini atəş altında saxlayır, aviasiya zərbələri endirir.