Tramp yenə öz ampluasında: "O, hava ilə əl sıxır, ABŞ cəhənnəmə gedir"

24-04-2022, 11:23           
Tramp yenə öz ampluasında: "O, hava ilə əl sıxır, ABŞ cəhənnəmə gedir"
"ABŞ-ın hazırkı administrasiyası ölkəni məhv edir. Saxta seçkilər nəticəsində hakimiyyətə gələn prezident Co Baydenin çaşqınlığı ölkəni cəhənnəmə aparacaq.

Publika.az "RIA Novosti"yə istiunadla xəbər verir ki, bunu Ağ Evin keçmiş rəhbəri Donald Tramp bildirib.

"Fakt budur ki, seçki saxtalaşdırıldı, oğurlandı. İndi də ölkəmiz məhv edilir. Ölkə məhv edilir, ölkə cəhənnəmə gedir. Heç vaxt belə bir şey olmayıb", - Tramp Delaver ştatında tərəfdarlarının mitinqində deyib.

Trampın fikrincə, baş verənlərin səbəbi hazırkı Amerika lideridir:

"Təəssüf ki, nə baş verdiyini heç bir şəkildə bilməyən bir prezidentimiz var. O, hava ilə əl sıxır, çaşqın halda gəzir".

Ehtimal edilir ki, Tramp Baydenin qarşısında heç kim olmadığı zaman əl sıxmaq üçün əlini uzadaraq hadisələri bitirdiyi iki son epizoda işarə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru