Ukrayna Mariupolla bağlı Rusiyaya təklif irəli sürdü

24-04-2022, 16:40           
Ukrayna Mariupolla bağlı Rusiyaya təklif irəli sürdü
Ukrayna Prezident Aparatı Rusiya tərəfini Mariupolun müdafiəçilərini xilas etmək üçün danışıqların xüsusi raundunu keçirməyə dəvət edib. Kiyev həmçinin şəhərdə Pasxa atəşkəsi elan etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

O qeyd edib ki, ukraynalıların Pasxa bayramını qeyd etmələrinə baxmayaraq, rus qoşunları həm ukraynalı hərbçilərin, həm də Mariupol sakinlərinin yerləşdiyi Azovstala hücum edir.

“Pasxa 2022. Amma hazırda Rusiya dayanmadan Mariupolun “Azovstal”ına hücum edir. Mülki vətəndaşların və əsgərlərimizin olduğu yer hava bombaları, artilleriya mərmiləri və hücum üçün intensiv şəkildə cəmləşən qüvvə və texnika ilə bombalanır”.

Bununla əlaqədar Podolyak Rusiya tərəfini danışıqların xüsusi raundunu keçirməyə dəvət edib.

“Rusiya Federasiyasına öz reputasiyasının qalıqları barədə düşünməyi təklif edirəm. Bunun üçün yalnız üç “Mariupol addımı” lazımdır: Mariupol üzərində həqiqi Pasxa atəşkəsi elan etmək, dərhal mülki şəxslər üçün dəhliz vermək və “danışıqların xüsusi raunduna” razılaşmaq” – Podolyak əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru