Bu ölkə Rusiya konsulluqlarının bank hesablarını bağladı

24-04-2022, 19:37           
Bu ölkə Rusiya konsulluqlarının bank hesablarını bağladı
Rusiyanın Ukraynaya müdaxiləsi və Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiyanın ABŞ-dakı konsulluqlarının “Bank of America”dakı özəl hesabları bağlanıb.
Teref.az "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Rossiya 1” telekanalına verdiyi açıqlamada məlumat verib.

“Əslində səfirlik ABŞ dövlət qurumları tərəfindən blokadadadır, Hyuston və Nyu Yorkdakı iki baş konsulluğumuzun hesabları “Bank of America” tərəfindən bağlanıb”, - deyə diplomat deyib.

Onun sözlərinə görə, hələ də ABŞ-da olan Rusiya Federasiyasının nümayəndələri telefonla və ya yazılı qaydada təhdidlər alırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru