Conson: Hindistanın Rusiya ilə bağlı fərqli mövqeyi...

25-04-2022, 00:05           
Conson: Hindistanın Rusiya ilə bağlı fərqli mövqeyi...
Böyük Britaniya və Hindistan arasında münasibətlər bir sıra sahələrdə yeni səviyyəyə yüksəlir.

Axar.az xəbər verir ki, bunu Hindistan televiziyasına müsahibəsində Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

"İnanıram ki, hamımızın əməkdaşlıq etmək istədiyi bir dünyada birlikdə işləmək müdriklik olardı. Bizim etibarlı tərəfdaşlarımız var və yaşıl inkişaf sahələrində əlaqələrimiz yeni səviyyəyə çatır. Bura müdafiə və təhlükəsizlik, eləcə də ticarəti göstərmək olar”,- o deyib.

Conson Britaniya və Hindistanın Rusiya ilə bağlı mövqelərinin fərqli olmasından narahat olmadığını da vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-Böyük Britaniya-Avstraliya müdafiə tərəfdaşlığı AUKUS və Dördtərəfli Təhlükəsizlik Dialoqu (Quad) azad ölkələr arasında uğurlu əməkdaşlığa nümunə ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru