Almaniya ABŞ-dan 60 ədəd helikopter alır

24-04-2022, 20:22           
Almaniya ABŞ-dan 60 ədəd helikopter alır
Almaniya ABŞ-dan 60 ədəd yeni "Chinook" helikopteri almağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, "CH-47F" tipli ağır nəqliyyat helikopterləri Amerika istehsalçısı "Boinq"dən təxminən 5 milyard avroya alınır. Onların dəyəri Rusiyanın Ukraynaya müdaxiləsindən sonra kansler Olaf Şoltsun yaratdığı təxminən 100 milyardlıq xüsusi fonddan ödəniləcək. Bununla da hakimiyyət alman ordusunun gücünü bərpa etməyə çalışır.

Qeyd olunur ki, yeni helikopterlərin seçilməsinin vacib səbəbi NATO müttəfiqlərinin çoxunun onlardan istifadə etməsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru