Le Pen prezident seçkilərinin ikinci turunda məğlubiyyətini etiraf edib

25-04-2022, 07:46           
Le Pen prezident seçkilərinin ikinci turunda məğlubiyyətini etiraf edib
Milli Birlik Partiyasının namizədi Marin Le Pen Fransa prezident seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf edib.

"Report" Fransa mətbuatına istinadən xəbər verir ki, Le Pen seçki məntəqələri bağlandıqdan sonra ictimaiyyətə açıqlanan prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb.

Eyni zamanda o, yayda keçiriləcək parlament seçkilərində partiyasını dəstəkləməyə çağırıb.

Qeyd edək ki, seçki məntəqələrindən daxil olan ilkin məlumatlara görə, Emmanuel Makron 57,6 faiz, onun rəqibi, ifrat sağ təmayüllü “Milli Birlik” partiyasının lideri Marin Le Pen isə 42,4 faiz səs toplayıb.

Fransa Konstitusiya Məhkəməsi seçkilərin rəsmi nəticələrini aprelin 27-də elan edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru